“Bakı” “Braqa”nın sabiq futbolçusunu istəyir

XƏBƏR 25 Noyabr 2008 / 20:05 3658
-  A +

Azərbaycanda ilk polşalı futbolçu “Bakı”da çıxış edə bilər. Klubun vitse-prezidenti Zeynal Məmmədovun verdiyi məlumata görə, Polşa çempionatının güclülər dəstəsində çıxış edən “Arka” komandasıyla danışıqlara başlanılıb. “Zolaqlılar” hazırda Polşa çempionatında 7-ci pillədə qərarlaşan klubun hücumçusu Marçin Şmiyestə göz dikib. 29 yaşlı futbolçunun oyununu görüb bəyənən paytaxt klubu “Arka”ya dəvət məktubu da göndərib.

Belə ki, təmsilçimiz hücumçunu ən azı icarəyə götürmək niyyətindədir. Əvvəllər “Visla (Qrabye, 1997/98), “Gutnik” (1998-2002), QKS (2002-05), “Legiya” (2005/06), “Odra”(Vodzislav, 2005-07), həmçinin Portuqaliyanın “Braqa” (2006/07) klubunda çıxış edən Marçin 2007-ci ildən “Arka”nın heyətindədir. Lakin Portuqaliya çempionatında 10 matç keçirən futbolçu “Arka”nın heyətində keçirdiyi mövsüm yarımda çempionat oyununa çıxmayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı