AFFA dörd futbolçunu yığma komandadan qovdu

XƏBƏR 25 Noyabr 2008 / 20:02 3738
-  A +

AFFA rəhbərliyi 15 yaşlılardan ibarət milli komandada (U-15) çıxış edən dörd futbolçuya qarşı sərt tədbir görüb.Məlumata görə, həmin futbolçuların yaşı süni şəkildə azaldıldığından, yəni onlar “lipa” olduqlarından U-15-dən uzaqlaşdırılıb.

Bununla əlaqədar açıqlama verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu belə deyib: “AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə bu ay “lipa”lara qarşı mübarizə aparan komissiya yaradılıb. Komissiya öncə U-15-in üzvlərinin sənədlərini araşdırıb. Onların az qisminin bəzi sənədlərində neqativ hallar aşkarlanıb. Dərhal bu futbolçular komandadan kənarlaşdırılıb. Zərurət yaranarsa, həmin oyunçular müvafiq yaş qrupundan ibarət yığmaya cəlb olunacaqlar”.

Yığmadan uzaqlaşdırılanlar “Neftçi”, “İnter” və “Bakı” klublarının şərəfini qoruyurlar.

Nərimanoğlu bildirib ki, U-15-də “lipa”lar aşkarlansa da, hüquq-mühafizə orqanlarına müraciət olunmayıb. Komissiya araşdırmaları davam etdirir. İndi Premyer Liqa klublarının nəzdində fəaliyyət göstərən 15 yaşlılardan ibarət komandaların futbolçularının sənədləri yoxlanılır.
Mənbə: apasport.az


Son xəbərlər