Roman Pokora: «Yerli futbolçularla prinsip aparmıram»

XƏBƏR 25 Noyabr 2008 / 19:30 3506
-  A +

«Simurq» klubunun baş məşqçisi Roman Pokora Qol.Az-a açıqlamasında komandasının birinci dövrədəki çıxışından razı qaldığını deyib. O, Zaqatala klubunun liderlər arasında olmasını gözlənilməz saymadığını bildirib: «İlk dövrədəki çıxışımızdan narazı qala bilmərəm. Həm nəticə, həm də komandanın oyunu məni razı saldı. Liderlər qrupunda olmağımızda gözlənilməz heç nə yoxdur. Bizim çox yaxşı komandamız və futbolçularımız var. Hər kəs komandanın uğuru üçün əlindən gələni edir. Birinci dövrənin «Xəzər-Lənkəran»la son oyununda da uğur qazanmaq istəyirik».   Pokora yerli futbolçulara əsas heyətdə şans verməməsi barədə ittihamları da rədd edib: «Digər klublarda da legionerlər azərbaycanlı futbolçuları üstələyir. Heç kimlə prinsip aparmıram. Kim güclüdürsə, onu da meydana buraxıram. «Simurq»un 2 futbolçusu - Sergey Sokolovla Tural Cəlilov yığmaya çağırılıb. Onların milliyə dəvət alması bütün komandanın uğurudur».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord