«Xəzər-Lənkəran»a ismarıc göndərən məşqçi kimdir?

«Xəzər-Lənkəran»a ismarıc göndərən məşqçi kimdir?
ÖLKƏ FUTBOLU 26 Noyabr 2008 / 21:27 4117
-  A +

Rasim Kara "Xəzər-Lənkəran"dan istefa verdikdən sonra klub rəhbərliyi yeni çalışdırıcı gətirməyi düşünür. Qol.Az saytının əməkdaşı bu məsələ ilə bağlı hazırda işsiz qalan milli komandamızın sabiq baş məşqçilərinin mövqeyini öyrənib.

"Hər məşqçinin öz səviyyəsi var. Fikrimcə, baş məşqçinin azarkeşlərin istəyi ilə istefaya göndərilməsi düzgün deyil". Bu sözləri milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev "Xəzər-Lənkəran"dan təklif alsanız, qəbul edərsinizmi" sualını belə cavablandırıb: "Bu elə sualdır ki, buna birmənalı cavab vermək olmaz. Olmayan şey haqqında danışmaq utopiyadır".

Bunun real görünmədiyini bildirən Diniyev əcnəbi məşqçilərin gətirilməsinə mənfi yanaşdığını vurğulayıb: "Bizdə əcnəbi məşqçilərə üstünlük verilir. Hesab edirəm ki, bu yanlış addımdır".

Vaqif Sadıqov isə deyib ki, Azərbaycan futbolu üçün çalışmağa həmişə hazırdır. Onun sözlərinə görə, təklif gəlsə, fikirləşmək olar: "Qeyd edim ki, başqa Premyer-liqa klubundan təklif almışam və artıq danışığımız olub. Bunu dəyərləndirmək haqda düşünürəm". Diniyevdən fərqli olaraq, Sadıqov əcnəbi məşqçilərin gətirilməsini müsbət qiymətləndirib: "Mən buna çox yaxşı baxıram. Ona görə ki, bu gün bütün dünyada belə inteqrasiya prosesi gedir. Bunun futbolumuza faydası ola bilər".

"Xəzər-Lənkəran"ın keçmiş baş məşqçisi olan Ağasəlim Mircavadov isə məsələ ilə bağlı danışmaq istəməyib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı