Xaqani Məmmədovla Gülağa Cabbarov daha hakim-inspektor olmayacaq

XƏBƏR 25 Noyabr 2008 / 16:17 3653
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovu bundan sonra Azərbaycan premyer-liqasının oyunlarında hakim-inspektor kimi görməyəcəyik. Qol.Az-ın məlumatına görə, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov bu haqda məlumat verib. Qeyd edək ki, Məmmədov və Cabbarovun çempionatn oyunlarına hakim-inspektor kimi getməsi heç də bir mənalı qəbul olunmurdu. G.Cabbarovun oğlü Rauf  birinci dəstə oyunlarında oyunlarında hakimlik edir. O, sonucu turda «Xəzər-Lənkəran» - «Qarabağ» matçında dördüncü hakim olub. Bu səbəbdən Cabbarovun hakim-inspektor kimi oyunlara getməsi mətbuatda daim tənqid olunurdu.

Daha çox


Son xəbərlər