“Qarabağ” futbolçularını mükafatlandıracaq

XƏBƏR 24 Noyabr 2008 / 20:00 3702
-  A +

“Qarabağ” klubunun rəhbərliyi “Xəzər-Lənkəran” üzərində 3:1 hesablı qələbə münasibətilə futbolçuları və məşqçi heyətini mükafatlandıracaq. Mükafatın məbləği açıqlanmır.
Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov hesabın gözlənilməz olduğunu gizlətməyib: “Təbii ki, meydana rəqibi məğlub etmək üçün çıxmışdıq. Ancaq səfərdən öncə 3:1 hesablı qələbə planlaşdırmırdım. Yaxşı ki, hər şey bizim üçün uğurlu nəticələndi”.
Qeyd edək ki, “Qarabağ”ın qələbəsinin ardından “Xəzər-Lənkəran”ın baş məşqçisi Rasim Kara istefaya göndərilib ("Trend").


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın