«Olimpik»də növbəti ciddi itki

XƏBƏR 24 Noyabr 2008 / 16:15 3591
-  A +

«Olimpik» birinci dövrənin son turunda «Neftçi» ilə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq. Qol.Az-ın verdiyi məlumata görə, MOİK-lə görüşdə yarımmüdafiəçi Aqil Nəbiyev cari mövsümdə 4-cü sarı vərəqə alıb. Bu səbəbdən o, «ağ-qaralar»la oyunda komandasına kömək edə bilməyəcək. Ondan başqa, iki tərəfli məşqdə zədələnən Junivan Suares üçün də birinci dövrə artıq başa çatıb. Xatırladaq ki, «Neftçi» - «Olimpik» oyunu noyabrın 30-da keçiriləcək. Saat 15-də başlayacaq görüş Az.TV-sı ilə canlı yayımlanacaq.


Son xəbərlər