Natiq Əliyev: "MOİK-in vəziyyəti ciddi müzakirə olunacaq"

Natiq Əliyev: "MOİK-in vəziyyəti ciddi müzakirə olunacaq"
ÖLKƏ FUTBOLU 24 Noyabr 2008 / 14:41 5667
-  A +

"Futbol komandamızın çempionatdakı çıxışı ürəkaçan deyil, vəziyyəti pis qiymətləndiririk. Bu durum məni çox narahat edir". Qol.Az saytının əməkdaşına açıqlamasında Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik Natiq Əliyev belə deyib. N.Əliyevin sözlərinə görə, birinci dövrə başa çatdıqdan sonra komandanın vəziyyəti ciddi müzakirə olunacaq. Klub rəhbəri hələlik komandanın baş məşqçisi Qəhrəman Əliyevlə yolların ayrılmasını düşünmədiklərini bildirib. "İndi bütün diqqətimizi boks üzrə hərbçilərin dünya çempionatına yönəltmişik. Mötəbər yarışın ardından klubun Premyer-liqadakı çıxışı ilə bağlı danışacağıq. Hələlik komandada məşqçi dəyişikliyi gözlənilmir. Hansı futbolçuların göndərilib-göndərilməyəcəyi müzakirə zamanı müəyyənləşəcək".

N.Əliyev "Neftçi"dən kənarlaşdırılan bəzi futbolçuların MOİK-ə gətiriləcəyi ilə bağlı yayılan xəbərin həqiqəti əks etdirmədiyini vurğulayıb. Sonda maddi baxımdan heç bir problem olmadığını deyən ordu klubunun rəhbəri ARDNŞ-in rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, 12 turdan sonra MOİK (11 oyun, 4 xal) 14 komanda arasında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Anar CƏFƏRSOY

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın