Tərlan Əhmədov: «Legionerlərin milliyə çağırılmasının əleyhinəyəm»

Tərlan Əhmədov: «Legionerlərin milliyə çağırılmasının əleyhinəyəm»
MÜSAHİBƏ 23 Noyabr 2008 / 17:18 5389
-  A +

“Olimpik” - MOİK oyunundan sonra birincilərin kapitanı Tərlan Əhmədov Qol.Az-ın suallarını cavablandırıb

- Tərlan, MOİK-lə qarşılaşmada müdafiə xəttində çətinlik oldumu?
- Bildiyiniz kimi, rəqib autsayverlər qrupunda yer alıb. Elitada qalmaq üçün bütün qüvvələri ilə mübarizə apardılar. Biz də oyunun maraqlı keçməsi üçün birinci hissədə buna şərait yaratdıq. Bu baxımdan, ilk hissədə bir az çətinliklər oldu.
- Komandanız ötən çempionatdakı uğuru təkrarlaya biləcəkmi?
- Biz elə bunun üçün çalışırıq. Bu gün «Olimpik» həm kubok, həm də çempionluq uğrunda mübarizə aparır. Əsas məqsədimiz çempion olub Azərbaycanı beynəlxalq arenada təmsil etməkdir.
- Razılaşın ki, "Olimpik" çempionata yaxşı başlamadı. Hazırda çempionluq uğrunda mübarizə aparan çox güclü klub var. Sizcə, «Olimpik» üçün çətin olmayacaq ki?
- Helə qarşıda ikinci dövrə var. İndidən heç nə demek olmaz. Hər şey sonda məlum olacaq. Keçən çempionatda"İnter" bizdən 11 xal geridə idi. Amma sonda çempion oldu. Nə bilmək olar, bəlkə ikinci dövrədə "Neftçi" ideal klub yaradıb çempion adını qazanacaq? Əsas məqsədimiz rəqiblərdən çox geri qalmamaq və oynadığımız hər oyundan xal götürməkdir.
- Futbolçu karyeranı başa vurmağı düşünürsən?
- Nə vaxt mənim oyunum sizin xoşunuza gəlməyəcək, mətbuatın tənqidini eşidəcəm, bax, o zaman da futbolu buraxacam. Amma hələ ki, tənqidi eşitmədiyimə görə oynayıram (gülür). Mənimlə birgə çıxış edən gənc futbolçulara kömək etməli və örnək olmalıyam.
- Kimə örnək olmaq istəyirsiniz?
- Klubda gənc və prespektivli futbolçular çoxdu. Nizami Haciyev, Nəriman Əzimov kimi futbolçulara təcrübəmizi əsir gəməməliyik. Məşqçi hər şeyi çatdıra bilmir. Futbolçular təkcə məşqçidən yox, təcrübəli oyunçulardan da öyrənməlirlər. Elvin Əliyev iki il mənim yanımda oynadı, indi güclü klublar onu öz sıralarında görmək istəyir.

- Milli komandamızın Albaniya ilə keçirilən son yoxlama oyununu izlədin?
- Bəli.
- Komandamızın oyunu səndə necə təsir bağışladı?
- Legionerlərin milliyə çağırılmasının əleyhinəyəm. Yığmada çıxış edən əcnəbilər yerli futbolçular kimi can yandırmırlar. Vaxtilə yerli oyunçulardan təşkil olunmuş milli komanda ilə indiki arasında heç bir fərq görmürəm. Əvvəllər biz də Lixtenşteyn və Albaniya yığmaları ilə başa-baş mübarizə aparırdıq. Hazırda da vəziyyət eynidir. Azərbaycanda belə bir siyasət var, kim yaxşı çıxış etmədi, qovulmalıdır. Amma bu, düzgün deyil. Hər bir məşqçiyə, futbolçuya vaxt verilməlidir. Səbr etməklə uğura nail olmaq mümkündür.  

Ergün SEYİDOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord