"Bu suallardan bezmişəm" - Mourinyo

"Bu suallardan bezmişəm" -  Mourinyo
DÜNYA FUTBOLU 23 Sentyabr 2020 / 16:42 2824
-  A +

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo futbolçusu Dele Allinin komandadakı gələcəyi haqda danışıb.
 
Qol.az Brtianiya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis ingiltərəli yarımmüdafiəçi barədə bunları deyib:

“Deledən bezməmişəm. Çünki o, əla oğlandır. Amma Dele haqqında verilən suallardan bezmişəm. Məsulliyətin 99 faizi futbolçuların, 1 faizi isə mənim üzərimə düşür. Alli ilə problemimiz yoxdur. “Şkendiya” ilə matça komanda ilə gedir. Oynamaq şansı var. Komandada rəqabət olanda meydandakı futbolçular özlərini daha yaxşı tərəfdən göstərməlidirlər”.

Xatırladaq ki, bundan əvvəl Mourinyo 26 yaşlı oyunçunu matçın  iştirak ərizəsinə daxil etməmişdi.

Qeyd edək ki, Dele Alli ilə PSJ yaxından maraqlanır.

Son xəbərlər