Niderland millisində yeni baş məşqçi

Niderland millisində yeni baş məşqçi
DÜNYA FUTBOLU 23 Sentyabr 2020 / 09:54 2713
-  A +

Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib. 

Qol.az "De Telegraph" nəşrinə istinadən xəbər verir ki, komanda Frank de Bura tapşırılıb.

50 yaşlı mütəxəssislə gələn həftənin əvvəlindən gec olmayaraq iki illik müqavilə imzalanacağı bildirilib. Frank de Bur bu vəzifədə “Barselona”ya baş məşqçi təyin olunan Ronald Kumanı əvəzləyib.

Qeyd edək ki, niderlandlı çalışdırıcının son iş yeri ABŞ klubu “Atlanta Yunayted” olub. O, "Ayaks", "İnter", "Kristal Pelas"da da çalışıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı