Vidal rəsmən "İnter"də

Vidal rəsmən "İnter"də
DÜNYA FUTBOLU 22 Sentyabr 2020 / 13:32 2074
-  A +

"Barselona"nın futbolçusu Arturo Vidalın "İnter"ə keçidi rəsmiləşib.

Qol.az xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

İtaliya mətbuatı "İnter"in çilili oyunçu ilə 2+1 illik müqavilə imzaladığı və ilinə 6 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, Vidal 2018-ci ildən "Barselona"da oynayırdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı