Kriştiano Ronaldo adına akademiya

Kriştiano Ronaldo adına akademiya
XƏBƏR 21 Sentyabr 2020 / 19:29 2659
-  A +

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun şərəfinə "Sportinq"in akademiyasının adı dəyişdirilib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun adı Lissabon təmsilçisinin akademiyasına verilib.

"Oğul doğma evi təcəssüm etdirir. İndi "Sportinq"in akademiyası bütün zamanlarda Portuqaliya futbolunun ən yaxşısı, 5 dəfə "Qızıl top" mükafatına layiq görülmüş dünyanın ən güclü futbolçusunun adını daşıyacaq. Akademiya klubun ən böyük məzununun adını əbədiləşdirəcək və bu, bütün gənc istedadlar üçün ilham olacaq" - deyə klubun yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Ronaldo "Sportinq"ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada Milanda "İnter"ə qarşı matçda debüt edib.


Son xəbərlər