Kavani “Real”a keçə bilər

Kavani “Real”a keçə bilər
XƏBƏR 21 Sentyabr 2020 / 16:49 3098
-  A +

PSJ-dən ayrılan Edinson Kavani karyerasını “Real”da davam etdirə bilər.

Qol.az "Marca"ya istinadən  xəbər verir ki, 33 yaşlı hücumçunun menecerləri onu azad agent kimi Madid təmsilçisinə təklif ediblər.
 
Lakin uruqvaylı oyunçunun yüksək maaş tələb etməsi tərəflərin razılaşmasına mane ola bilər. Futbolçunun “kral klubu”ndan 7 milyon avrodan çox maaş istəyəcəyi ehtimal olunur.

Bildirilir ki, Kavani hazırda “Real”dan  transferlə bağlı cavab gözləyir.

Qeyd edək ki, Kavani ilə “Benfika” yaxından maraqlanırdı. Ancaq onun yüksək əmək haqqı tələb etməsi keçidin alınmamasına səbəb olub.

 


Son xəbərlər