"Qalatasaray" son çempionu məğlub etdi

"Qalatasaray" son çempionu məğlub etdi
DÜNYA FUTBOLU 21 Sentyabr 2020 / 00:30 3769
-  A +

Türkiyə Superliqasında 2-ci turun oyunları davam edir.

Qol.az xəbər verir ki, bazar günü daha dörd matç keçirilib.
 
Turun mərkəzi görüşü İstanbulda oynanılıb. Son çempion “Başakşəhər” doğma meydanda “Qalatasaray”la üz-üzə gəlib. Matç qonaq komandanın  2:0 hesablı qələbə ilə başa çatıb. Bununla da "Qalatasaray" ardıcıl 2-ci qələbəsini qazanıb, "Başakşəhər" isə ardıcıl 2-ci dəfə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, hazırda Farih Terimin baş məşqçisi olduğu komanda 6 xalla 1-ci, "Alanyaspor" eyni xalla 2-ci, "Göztepe" 4 xalla 3-cüdür.

20 sentyabr

"Başakşəhər" – "Qalatasaray" - 0:2
Qollar:
Falkao, 14-pen, Belhanda, 76

"Ərzurumspor" – "Sivasspor" - 1:2
Qol:
Novikovas, 70 – Kone, 82, Qradel, 86
 
"Kasımpaşa" – "Rizəspor" -  2:0
Qollar:
Varqa, 13, Alan, 60

"Qaziantep" – "Fatih Karagümrük" - 2:2
Qollar: Kana, 53, Andre, 59 – Zukanoviç, 26, M.Erdinc, 90+5


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı