Əliyar Ağayev Avroliqanın oyununda

Əliyar Ağayev Avroliqanın oyununda
XƏBƏR 20 Sentyabr 2020 / 14:50 2718
-  A +

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev yeni mövsüm üçün UEFA-dan ilk təyinatını alıb.

Qol.az xəbər verir ki, 33 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Styaua” (Rumınya) – “Slovan” matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.

İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 24 sentyabr Rumınyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Son xəbərlər