"Fənərbaxça"dan ayrılan futbolçu A seriyası klubunda

"Fənərbaxça"dan ayrılan futbolçu A seriyası klubunda
XƏBƏR 19 Sentyabr 2020 / 01:06 3469
-  A +

"Fənərbaxça"dan ayrılan Tolgay Arslan "Udineze"yə transfer olunub.

Qol.az A seriyası təmsilçisinin saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, T.Arslan ötən ilin yanvarında "Fənərbaxça" ilə 3,5+1 illik müqavilə imzalamış və bu ay İstanbul klubundan ayrılmışdı. O, bu komandada 33 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər