"Səviyyə öz sözünü dedi" - Emin Mahmudov

"Səviyyə öz sözünü dedi" - Emin Mahmudov
XƏBƏR 18 Sentyabr 2020 / 00:05 3770
-  A +

"Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qalatasaray”la oyunu (1:3) dəyərləndirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, o, rəqib komandanın şanslarından maksimum yararlandığını bildirib:

"Layiqincə mübarizə aparmağa çalışdıq. Amma "Qalatasaray” şanslarından maksimum yararlandı. Rəqibin heyətində kifayət qədər səviyyəli futbolçu var. Biz hesabı bərabərləşdirəndən dərhal sonra qapımızdan qol buraxdıq. Buna görə də ikinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Çalışdıq kompakt oynayıb, rəqibə boş zona verməyək. Çünki boşluqdan çox yaxşı istifadə etməyi bacarır. Maksimum çalışsaq da, səviyyə öz sözünü dedi”.


Son xəbərlər