Avroliqada mövsümün oyunçusu adına 3 namizəd

Avroliqada mövsümün oyunçusu adına 3 namizəd
XƏBƏR 17 Sentyabr 2020 / 20:06 2195
-  A +

Avropa Liqasında 2019/20 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər  arasında “Mançester Yunayted”dən Bruno Fernandeş, “İnter”dən Romelu Lukaku və “Sevilya”dan Ever Baneqa yer alıb.

Baneqa geridə qalan mövsüm komandası ilə Avropa Liqasında 7 matça çıxaraq, 4 qolun ötürməsini verib və turnirin qalibi olub. “Qırmızı şeytanlar”ın heyətində 10 oyuna çıxan Bruno Fernandeşin aktivində 8 qol və 4 qol ötürməsi var. Romelu Lukaku isə İtaliya təmsilçisi ilə 6 oyunda 7 qol vurub və 2 qolun ötürməsini verib.

Qeyd edək ki,  “Sevilya” finalda “İnter” üzərində 3:2 hesablı  qələbə qazanmaqla tarixində 6-cı dəfə bu turnirin qalibi olub.


Son xəbərlər