Kuman ilk oyunu buraxa bilər

Kuman ilk oyunu buraxa bilər
XƏBƏR 17 Sentyabr 2020 / 15:15 2438
-  A +

"Barselona"nın yeni baş məşqçisi Ronald Kuman La Liqanın ilk turunu buraxa bilər.

Qol.az "Cadena COPE"yə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası rəsmi oyunlarda niderlandlı mütəxəssisə ehtiyat oyunçular skamyasında oturmağa icazə vermir. Buna səbəb Kataloniya təmsilçisinin sabiq çalışdırıcısı Kike Setyenlə müqaviləni rəsmi olaraq ləğv etməməsidir. Bunun üçün klub ispan çalışdırıcıya təzminat ödəməldir.

Bu məsələ həll oluna qədər İspaniya Futbol Federasiyası Kumanı "Barselona"nın baş məşqçisi olaraq qeyd edə bilmir.

Xatırladaq ki, Kataloniya klubu La Liqada ilk oyununu sentyabrın 27-i "Vilyarreal"a qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın