“Sabah”a qarşı 8-ci oyun

“Sabah”a qarşı 8-ci oyun
XƏBƏR 17 Sentyabr 2020 / 13:09 1905
-  A +

“Zirə” Azərbaycan Premyer Liqasının 3-cü turunda “Sabah”la qarşılaşacaq.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş rəqiblər arasında Premyer Liqadakı 8-ci oyun olacaq. İndiyədək “qartallar” 7 dəfə “Sabah”la üz-üzə gəlib. İlk dəfə 2018/19 mövsümündə qarşılaşan rəqiblər həmin çempionatda 4, 2019/20 mövsümündə 3 dəfə görüşüb. Son dörd matçda uduzmayan “Zirə”nin hesabında 2 qələbə və 2 heç-heçə var. Komanda 3 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 9 dəfə yol tapan futbolçular eyni sayda qol buraxıb.

Öz meydanında 5-ci dəfə bu rəqibi sınağa çəkəcək “qartallar” 1 qələbə və 1 heç-heçəyə nail olub, 2 dəfə uduzub. Evdə üç top vuran komanda 5 qol buraxıb.

Qeyd edək ki, sentyabrın 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 18:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi