Kumandan Suares açıqlaması

Kumandan Suares açıqlaması
XƏBƏR 17 Sentyabr 2020 / 11:11 3117
-  A +

"Barselona"nın baş məşqçisi Ronald Kuman Luis Suaresin klubdakı gələcəyi haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, uruqvaylı hücumçunun komandada qalıb-qalmayacağını bilmədiyini deyib: "Suareslə danışdım. Hələ gedib və ya qalacağını bilmirik. Ancaq qalsa, kluba kömək edə bilər".

Qeyd edək ki, Suaresin "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onunla "Yuventus"un maraqlandığı iddia olunur.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı