Elxan Məmmədovdan "Qarabağ" açıqlaması

Elxan Məmmədovdan "Qarabağ" açıqlaması
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2020 / 11:23 4597
-  A +

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" oyununun yerinin dəyişdirilməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, qurum rəsmisi bununla bağlı deyib: "AFFA-UEFA-ya müraciət etdi ki, çalışın istisna halları tətbiq edin. Təəssüflər olsun ki, olmadı. Biz UEFA-yla danışanda onlara dedik ki, onsuz da “Qarabağ” futbol klubu 30 ildir doğma meydandan kənarda oynayır. Bunu nəzərə alaraq, istisna tətbiq etməyəndə "Qarabağ"ımızı daha uzağa salırsınız.“Qarabağ” klubu qərar qəbul etdi ki, oyun Kiprdə keçirilsin. Rəqib komanda Macarıstan və Yunanıstanı da təklif etmişdi".

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün sentyabrın 16-da Kiprdə keçirilməsinə qərar verib.

Daha çox


Son xəbərlər