"Zirə" "Səbail"ə qalib gəldi - Yenilənib

"Zirə" "Səbail"ə qalib gəldi - Yenilənib
PREMYER LİQA 12 Sentyabr 2020 / 20:52 8511
-  A +

Azərbaycan Premyer Liqasında bu gün 2-ci turun daha 1 oyunu keçirilib.

Qol.az xəbər verir ki, "Səbail" doğma meydanda "Zirə" ilə qarşılaşıb. “ASCO Arena”da oynanılan görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Bununla da, "Zirə" baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi qələbəsini qazanıb. Komanda isə turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 2-ci tura sabah keçiriləcək "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Xatırladaq ki,  çempionat oyunlarına koronavirus səbəbindən azarkeşlər buraxılmır.

12 sentyabr (şənbə)

19:00. “Səbail”– “Zirə” - 1:2
Qollar:
Volkov, 47 (0:1), Ruslan Qurbanov, 67-pen (0:2), Urfan Abbasov, 80-pen (1:2)
Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov
“ASCO Arena”

13 sentyabr (bazar)

19:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
“Bank Respublika Arena”

11 sentyabr (cümə)

21:00. “Keşlə” – “Qarabağ” - 0:0

19:00. “Neftçi” – “Sumqayıt” - 0:2


N Klublar O Q H M T-F X
1 Qarabağ 2 1 1 0 2-0 4
2 Zirə 2 1 1 0 3-2 4
3 Keşlə 2 1 1 0 1-0 4
4 Sumqayıt 2 1 0 1 2-1 3
5 Neftçi 2 1 0 1 2-3 3
6 Qəbələ 1 0 1 0 1-1 1
7 Səbail 2 0 0 2 2-4 0
8 Sabah 1 0 0 1 0-2 0

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı