Maksim Medvedev hamıdan öndə

Maksim Medvedev hamıdan öndə
PREMYER LİQA 17 Avqust 2020 / 12:15 3227
-  A +

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu Maksim Medvedevdir.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, o, “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb. 

Medvedevin sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.

Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdam klubunun 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.

İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.

Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız Maksim indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.


Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçular

1. Maksim Medvedev ("Qarabağ") - 285

2. Aslan Kərimov ("Qarabağ") - 268

3. Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 254

4. Sakit Alıyev ("Turan") - 248

5. Müşfiq Hüseynov ("Qarabağ") - 244

6. Nizami Sadıqov ("Turan") - 237

7. Səttar Əliyev ("Qarabağ") - 230

8. Yaşar Hüseynov ("Qarabağ") - 226

9. Ansi Aqolli ("Qarabağ") - 223

10. Müşfiq Vəliyev ("Viləş") - 221


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord