Umtiti də koronavirusa yoluxdu

Umtiti də koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 14 Avqust 2020 / 22:23 2714
-  A +

"Barselona"nın futbolçusu Samuel Umtiti koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı müdafiəçidə simptomların olmadığı və onun karantində olduğu vurğulanıb. Umtiti ilə təmasda olan şəxslərin koronavirus testindən keçəcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Kataloniya təmsilçisinin digər müdafiəçisi  Jan-Kler Todiboda koronavirus aşkarlanmışdı. Hər iki oyunçu "Barselona"nın Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə oyun üçün Lissabona gedən heyətində yer almayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord