“Fənərbaxça”da koronavirusa yoluxanlar sağaldı

“Fənərbaxça”da koronavirusa yoluxanlar sağaldı
XƏBƏR 14 Avqust 2020 / 19:34 1163
-  A +

“Fənərbaxça”da koronavirusa yoluxmuş 2 şəxs sağalıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən gün İstanbul təmsilçisinin futbolçuları, texniki heyəti və digər işçiləri koronavirus testindən keçib. Bundan əvvəlki yoxlamada test nümunələrinin nəticəsi müsbət çıxan 1 futbolçu və  texniki heyət işçisinin sağaldığı bildirilib. Onların bu dəfəki test nümunələrinin cavabı neqativ çıxıb.

Hər 2 şəxsin ehtiyat məqsədi ilə karantində qalmağa davam edəcəyi bildirilib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord