Taysonun döyüşünün vaxtı dəyişdi

Taysonun döyüşünün vaxtı dəyişdi
XƏBƏR 12 Avqust 2020 / 13:56 2746
-  A +

Ağır çəkii boksçular arasında sabiq dünya çempionu Mayk Taysonun 15 il sonra çıxacağı ilk döyüşün tarixi dəyişib.

Qol.az xəbər verir ki, bu haqda 54 yaşlı idmançı öz İnstaqram hesabında məlumat yayıb. O, 12 sentyabrda baş tutmalı olan döyüşün afişasını paylaşaraq tarixin 28 noyabra dəyişdirildiyini açıqlayıb.

M.Tayson Los Ancelesdə təşkil olunacaq 8 raunddan ibarət qarşılaşmada 2 ildir döyüşməyən 51 yaşlı Roy Consla üz-üzə gələcək.

Qeyd edək ki, karyerası ərzində 50 qələbə qazanan və 6 dəfə məğlub olan M.Tayson son döyüşünə 2005-ci ildə çıxıb.

Əlavə edək ki, Roy Cons 4 fərqli çəki üzrə çempionluq kəməri qazanıb. Onun hesabında 66 qələbə və 9 məğlubiyyət var.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi