FİFA "Qızıl top-2020"ni təqdim edə bilər

FİFA "Qızıl top-2020"ni təqdim edə bilər
DÜNYA FUTBOLU 11 Avqust 2020 / 15:50 3395
-  A +

FİFA bu il "Qızıl top" mükafatını özü təqdim edə bilər.

Qol.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Hayns Rummeniqqe məlumat verib. Onun sözlərinə görə, hazırda FİFA prezidenti Canni İnfantino "France Football" jurnalının koronavirus səbəbindən bu ilin sonunda "Qızıl top" mükafatını verməmək qərarını müzakirə edir. Klub rəsmisinin fikrincə, qurum müstəqil olaraq ilin ən yaxşı oyunçusunu mükafatlandıra bilər:

"İnfantino ilə telefon vasitəsi ilə danışdım. İndi FİFA “Qızıl top-2020”nin mükafatlandırılması imkanını ciddi şəkildə nəzərdən keçirir".

Qeyd edək ki, Rummeniqqe bundan əvvəl "France Football"un "Qızıl top"un bu il verilməməsi ilə bağlı qərarını sərt tənqid etmiş və Münhen klubunun hücumçusu Robert Levandovskini bu mükafata əsas namizəd hesab etmişdi.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord