Zidan onunla bağlı qərarını verdi - "Real"a qayıdır

Zidan onunla bağlı qərarını verdi - "Real"a qayıdır
DÜNYA FUTBOLU 11 Avqust 2020 / 14:15 4433
-  A +

"Real" "Real Sosyedad"da icarə əsasında çıxış edən futbolçusu Martin Edeqorla bağlı qərarını verib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 21 yaşlı yarımmüdafiəçinin icarədən qayıtmasını tələb edib. Beləliklə, o, növbəti mövsümü Madrid klubunda keçirəcək.

Qeyd edək ki, Edeqor 2019/2020 mövsümündə icarə əsasında "Real Sosyedad"da oynayıb. Onun klubla icarə müqaviləsini daha il uzatmaq imkanı var idi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki