"Rəqibi detallarına kimi analiz edəcəyik" - Füzuli Məmmədov

"Rəqibi detallarına kimi analiz edəcəyik" -  Füzuli Məmmədov
ÖLKƏ FUTBOLU 10 Avqust 2020 / 16:50 2394
-  A +

"Hansı rəqibin düşməsindən asılı olmayaraq oyunun Bakıda keçirilməsini istəyirdim".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları Şimali Makedoniyanın "Şkupi" komandasını dəyərləndirən çalışdırıcı matçın Bakıda keçirilməsinin komandası üçün böyük üstünlük olduğunu bildirib: "Futbolçular doğma meydanda oynadıqları zaman daha inamlı olurlar. Bu amil çox önəmlidir. Ümid edirəm ki, futbolçularımız mən istədiyim səviyyədə oyun göstərəcəklər. Rəqibi detallarına kimi analiz edəcəyik".

Qeyd edək ki, "Neftçi" bir oyundan ibarət olacaq bu mərhələdə rəqibini evdə qəbul edəcək. Oyun avqustun 27-nə təyin olunub.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı