Şehiçdən transfer açıqlaması

Şehiçdən transfer açıqlaması
XƏBƏR 10 Avqust 2020 / 12:59 5372
-  A +

"Erzurumspor"la müqaviləsi başa çatan qapıçı İbrahim Şehiç gələcəyi ilə bağlı açıqlama verib.

Qol.az xəbər verir ki, o, özünün "İnstaqram" hesabından yaydığı açıqlamada növbəti mövsüm hansı komandada oynayacağına hələ qərar vermədiyini bildirib. Bosniyalı qolkiper menecerinin və ailəsinin təsiri olmadan yekun qərarı özünün verəcəyini qeyd edib.

O, Çempionlar Liqasında oynayan bir komandadan ("Qarabağ" nəzərdə tutulurr - red.) "Erzurumspor"a da öz qərarı ilə keçdiyini vurğulayıb. Şehiç Erzurum təmsilçisinin azarkeşlərindən bu məsələ ilə bağlı ona hörmət etmələrini, ailəsinə xoşagəlməz mesajların yazılmamasını istəyib.

Qeyd edək ki, Şehiç 2019/2020 mövsümündə Türkiyə birinci liqasında ən az qol buraxan qapıçı olub. Onun şərəfini qoruduğu komanda növbəti mövsüm Türkiyə Superliqasında vəsiqə qazanıb.

Xatırladaq ki, Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da oynayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı