Pirlo üç futbolçunun satılmasını istəyir

Pirlo üç futbolçunun satılmasını istəyir
DÜNYA FUTBOLU 9 Avqust 2020 / 12:58 7514
-  A +

"Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis Qonzalo İquain, Sami Xedira və Duqlas Kostanın satılmasını istəyir. O, eyni zamanda mərkəz hücumçusu və yarımmüdafiəçi transfer etməyi düşünür.

Qeyd edək ki, Pirlo dünən Turin təmsilçisinin baş məşqçisi təyin olunub. İtaliyalı çalışdırıcı ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın