"Yuventus" yeni baş məşqçisini açıqladı - Rəsmi

"Yuventus" yeni baş məşqçisini açıqladı -  Rəsmi
XƏBƏR 8 Avqust 2020 / 22:11 5973
-  A +

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmui saytına istinadən xəbər verir ki, Turin təmsilçisini komandanın sabiq futbolçusu  Andrea Pirlo çalışdıracaq. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Pirlo bu vəzifədə bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 1 ay əvvəl "Yuventus"un U-23 komandasına baş məşqçi təyin olunmuşdu. O, futbolçu karyerası ərzində 2011-2015-ci illərdə A seriyası təmsilçisinin heyətində oynayıb.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı