"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" - Zidan

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm" -  Zidan
XƏBƏR 8 Avqust 2020 / 10:35 2728
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandadan getmək niyyətində deyil.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis bu barədə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə matçdan (1:2) sonra danışıb. O, məğlubiyyətə görə "kral klubu"ndan ayrılmayacağını bildirib:

"Fövqaladə bir şey olmayana qədər "Real"ın baş məşqçisiyəm. Gələcəyimlə bağlı suallar verməyə ehtiyac yoxdur. Hamımız istirahət edəcəyik və növbəti mövsüm qayıdacağıq".

Qeyd edək ki, "Real" iki oyunun toplamında "Mançester Siti"yə 2:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı