"Fənərbaxça"dan rəsmi transfer

"Fənərbaxça"dan rəsmi transfer
XƏBƏR 6 Avqust 2020 / 15:55 3043
-  A +

"Fənərbaxça" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"dan ayrılan Mert Hakan Yandaşın transferini bitirib. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. M.H.Yandaş yeni klubunda 12 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, türk futbolçu 2017-ci ildən çıxış etdiyi "Sivasspor"da 72 matçda 13 qol vurub, 6 qolun ötürməsini verib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"