"İnter" Sançesi birdəfəlik transfer etdi - Rəsmi

"İnter" Sançesi birdəfəlik transfer etdi - Rəsmi
XƏBƏR 6 Avqust 2020 / 13:44 2630
-  A +

"İnter" "Mançester Yunayted"dən 2019/2020 mövsümünün əvvəli icarəyə götürdüyü Aleksis Sançesi  birdəfəlik transfer edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, çilili hücumçu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. İtaliya təmsilçisi Sançes üçün "Mançester Yunayted"də təzminat ödəməyib.

İtaliya mətbuatı 31 yaşlı oyunçunun yeni müqavilə ilə ilinə 7 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, Sançes bu mövsüm "İnter"də 30 matçda 4 qol vurub, 9 qolun ötürməsini verib.


Son xəbərlər