"Mançester Siti"dən yeni transfer - Rəsmi

"Mançester Siti"dən yeni transfer -  Rəsmi
DÜNYA FUTBOLU 6 Avqust 2020 / 00:22 3778
-  A +

"Bornmut"un futbolçusu Nathan Akenin "Mançester Siti"yə keçidi rəsmiləşib.

Qol.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. "Siti" hollandiyalı oyunçunun keçidi üçün qarşı tərəfə 41 milyon funt sterlinq ödəyib.

Qeyd edək ki, "Bornmut" Niderland millisinin üzvünü 2017-ci ildə "Çelsi"dən 22,8 milyon avroya transfer edib. O, bu mövsüm Premyer Liqada  29 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.


Son xəbərlər