"Fənərbaxça"da yeni baş məşqçi - Rəsmi

"Fənərbaxça"da yeni baş məşqçi - Rəsmi
DÜNYA FUTBOLU 5 Avqust 2020 / 19:54 4081
-  A +

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Erol Bulut təyin edilib. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

"Fənərbaxça"nı müvəqqəti olaraq Tahir Karapınar çalışdırırdı.

Qeyd edək ki, E.Bulutun son klubu "Alanyaspor" olub. Onun rəhbərliyi altında komanda Türkiyə Superliqasında 2019/2020 mövsümünü 5-ci pillədə başa vurub və Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, E.Bulut futbolçu karyerası ərzində 1995-1999-cu illərdə "Fənərbaxça"da oynayıb. O, 1995/1996 mövsümündə kluba çempionluğu qazandıran qolun ötürməsini verib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı