"Kasilyasa qarşı oynamaq mənim üçün çətin idi" - Messi

"Kasilyasa qarşı oynamaq mənim üçün çətin idi" - Messi
XƏBƏR 5 Avqust 2020 / 18:28 2827
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi "Real"ın sabiq qapıçısı İker Kasilyasın 39 yaşında karyerasını bitirməsinə münasibət bildirib.

Qol.az İspaniya mətbuatına  istinadən xəbər verir ki, argentinalı hücumçu bununla bağlı deyib:

"İker futboldan ayrılır, ancaq o, futbol tarixinə çoxdan düşüb. Təkcə liqada oyunu ilə deyil, həm də beynəlxalq səviyyədə qazandığı uğurları ilə yadda qalıb.

Kasilyas böyük qapıçıdır. Ona qarşı oynamaq mənim üçün çətin idi. Ancaq geriyə baxanda düşünürəm ki, bizim aramızda gözəl rəqabət var idi".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı