"Qarabağ"ın yen transferi ulduz futbolçuların sırasında

"Qarabağ"ın yen transferi ulduz futbolçuların sırasında
ÖLKƏ FUTBOLU 5 Avqust 2020 / 16:58 5540
-  A +

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yeni transferi Uroş Matiç də siyahıda yer alıb.

Serbiyalı yarımmüdafiəçi icarə əsasında Kiprin APOEL klubunda çıxış edərkən aktivinə 4 qol ötürməsi yazdırıb. O, Bruno Fernandeş (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord