"Ayda 10 gün Azərbaycanda işləyəcəyəm" - De Byazinin köməkçisi

"Ayda 10 gün Azərbaycanda işləyəcəyəm" -  De Byazinin köməkçisi
ÖLKƏ FUTBOLU 4 Avqust 2020 / 18:22 3069
-  A +

"Yeni işim mənə çox maraqlı gəlir. Sözsüz ki, bu iş digərlərindən fərqlənir".

Qol.az xəbər verir ki, bu sözləri milli komandamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi Alessandro Skayya deyib.

Fiziki hazırlıq üzrə italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında avqustun 9-da Bakıya yola düşəcəyini bildirib: "Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyunumuzu keçirəcəyik. Turnirə daha yaxşı hazırlaşmaq üçün bu aydan Azərbaycanda olacağıq. Sonra isə hər ayın təqribən 10 gününü və ya hər hansı rəsmi öhdəlik götürənədək bu ölkədə işləyəcəyəm".

Qeyd edək ki, Alessandri Skayya Canni De Byazinin dörd italiyalı köməkçisindən biridir.

Daha çox


Son xəbərlər