"Çelsi" 10 futbolçusu ilə yolları ayıra bilər

"Çelsi" 10 futbolçusu ilə yolları ayıra bilər
DÜNYA FUTBOLU 3 Avqust 2020 / 21:22 3965
-  A +

"Çelsi" yay transfer pəncərəsində 10 futbolçusu ilə yolları ayıra bilər.

Qol.az "The Times" nəşrinə istinadən xəbər verir ki, London klubu  Markos Alonso, Emerson, Kurt Zuma, Andreas Kristensen, Rossa Barkli, Nqolo Kante, Mişi Batşuayi və Tiemue Bakayoko üçün gələn təklifləri dəyərləndirməyə hazırdır. Bundan başqa, "Çelsi" qapıçısı Kepa Arrisabalaqanı icarəyə verə bilər. Premyer Liqa təmsilçisi ilə razılığa gələ bilməyən və "Arsenal"la danışıqlar aparan Villianın da klubdan ayrılması mümkündür.

Qeyd edək ki, "Çelsi" ölkə çempionatında 2019/2020 mövsümün 66 xalla 4-cü pillədə başa vurub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı