"İnter"də vacib görüş

"İnter"də vacib görüş
DÜNYA FUTBOLU 3 Avqust 2020 / 10:30 2835
-  A +

"İnter"in baş məşqçisi Antonio Konte bu gün klubun direktoru Beppe Marotta ilə görüşəcək.

Qol.az xəbər verir ki ,bu barədə "Football İtalia" məlumat yayıb. Görüş zamanı 51 yaşlı mütəxəssisin klubdakı gələcəyi müzakirə olunacaq.

Qeyd edək ki, İtaliya mətbuatında Kontenin istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb. İtaliyalı çalışdırıcının klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən istifadə verəcəyi iddia olunub. "İnter"in yeni baş məşqçi vəzifəsinə əsas namizədləri Massimiliano Alleqri və Maurisio Paçettino olduğu yazılıb.

Xatırladaq ki, "İnter" 2019/2020 mövsümündə A seriyasını 2-ci pillədə başa vurub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı