"Bavariya"ya qarşı oynamayacaqlar

"Bavariya"ya qarşı oynamayacaqlar
XƏBƏR 2 Avqust 2020 / 16:52 2309
-  A +

"Çelsi"nin futbolçuları Kristian Pulişiç və Sesar Aspilikueta Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab oyununu buraxacaqlar.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frank Lempard məlumat verib. O, sözügedən oyunçuların İngiltərə Federasiya kubokunun finalında "Arsenal"la matçda zədələndiyini bildirib.

Qeyd edək ki, "Bavariya" - "Çelsi" görüşü avqustun 8-u keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada Münhen təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı