"Sumqayıt" Ayxan Abbasovla yeni müqavilə imzaladı - Rəsmi

"Sumqayıt" Ayxan Abbasovla yeni müqavilə imzaladı - Rəsmi
ÖLKƏ FUTBOLU 14 İyul 2020 / 16:51 1899
-  A +

2020/2021 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

A.Abbasov yeni müqavilə imzaladıqdan sonra bunları bildirib: “Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”.

Qeyd edək ki, “Sumqayıt”  2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı