Qrizmannın ilk əzələ zədəsi

Qrizmannın ilk əzələ zədəsi
DÜNYA FUTBOLU 14 İyul 2020 / 11:27 1533
-  A +

"Barselona"nın futbolçusu Antuan Qrizmann La Liqanın 36-cı turunda "Valyadolid"lə matçda (1:0) zədələnib.

Qol.az "Football Espana" istinadən xəbər verir ki, fransalı hücumçu əzələsindən zədə alıb.

İspaniya mətbuatı bunun Qrizmannın karyerasında ilk əzələ zədəsi olduğunu yazıb. O, "Atletiko"da çıxış etdiyi 5 mövsüm ərzində cəmi 1 dəfə bu narahatlıq səbəbindən oyun buraxıb. Bəzi görüşlərdə isə Madrid klubunun baş məşqçisi Dieqo Simeonenun qərarı ilə oynamayıb.

AS nəşri “Barselona”dakı məşq sisteminin düzgün olmadığını və buna görə futbolçuların zədələndiyini yazıb.

Qeyd edək ki, daha əvvəl  Frenk de Yonqa klub həkimləri tərəfindən düzgün diaqnoz qoyulmayıb. Həkimlərin düzgün olmayan diaqnozu səbəbindən bir çox futbolçu başqa ölkədə müalicə olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord