Türk məşqçidən ordumuza dəstək

Türk məşqçidən ordumuza dəstək
ÖLKƏ FUTBOLU 13 İyul 2020 / 13:54 3624
-  A +

Vaxtilə ölkəmizdə “Turan”ın baş məşqçisi olmuş Naci Şensoy  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə biganə qalmayıb.

Qol.az xəbər verir ki, türkiyəli mütəxəssis Feysbuk səhifəsi vasitəsilə Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib: “Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun”.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuzun adekvat cavabından sonra düşmən geri çəkilib. Hücumun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib. Ermənistan tərəfi isə itkiləri açıqlamayıb.

Əlavə edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 mövsümündə və 2012-ci ildə Tovuz təmsilçisini çalışdırıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord