"Mançester Siti"nin Çempionlar Liqası cəzası ləğv olundu - Rəsmi

"Mançester Siti"nin Çempionlar Liqası cəzası ləğv olundu -  Rəsmi
DÜNYA FUTBOLU 13 İyul 2020 / 13:00 2700
-  A +

“Mançester Siti"nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunub.

Qol.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) bugünkü iclasında klubun müraciətini təmin edib. Eyni zamanda, UEFA-nın qərarı ilə klubun 30 milyon avroluq cəriməsi 10 milyon avroya endirilib. Bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Siti" feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılmış və 30 milyon avro məbləğində cərimələnmişdi.

"Mançester Siti" 35 turdan sonra Premyer Liqada 72 xalla 2-cidir. Komanda növbti mövsüm Çempionlar Liqasında iştirak edəcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın