“Qalatasaray” autsayderə də uduzdu

“Qalatasaray” autsayderə də uduzdu
DÜNYA FUTBOLU 12 İyul 2020 / 22:28 2795
-  A +

Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, “Qalatasaray”  səfərdə autsayder “Anakaragücü” ilə qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub - 0:1. Oyunda yaganə qolu 62-ci dəqiqədə Oskar Skarione penaltidən vurub.

Bununla da “Qalatasaray” ardıcıl 3-cü oyununda uduzub. Fatih Terimin komandası ardıcıl 8 oyundur ki, qalib gələ bilmir. “Sarı-qırmızılar” sonuncu dəfə martın 1-də 24-cü turda “Gənclərbirliyi” ilə görüşdə qalib gəlib – 3:0.

Bir müddət əvvəl çempionluğa əsas namizədlərdən sayılan  “Qalatasaray” hazırda 52 xalla 5-ci pillədədir. “Ankaragücü” 29 xalla sonuncu  - 18-cidir. Turnir cədvəlinə 66 xalla “Başakşəhər” başçılıq edir.

Son xəbərlər